SKMF İsmayıllıda investisiya layihələrinin qəbuluna başlayıb

SKMF İsmayıllıda investisiya layihələrinin qəbuluna başlayıb
09:57 19 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. 
"Report" xəbər verir ki, fond sahibkarlardan intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq, arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və hotelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib. 
İş adamları bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə, küçəsi, 172, Telefon: (012) 434-74-29, Faks: (012) 432-37-17, e-mail: info@anfes.gov.az) müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/skmf-i-smayillida-investisiya-layihelerinin-qebuluna-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR