İYRƏNC OLAY: 4 yaşlı qıza təcavüz etdi, sonra... - FOTO/VİDEO (18+)

İYRƏNC OLAY: 4 yaşlı qıza təcavüz etdi, sonra... - FOTO/VİDEO (18+)
13:28 19 Noyabr 2016
2965 Dünya
Ölkə mətbuatı
A- A+

Boliviyada dəhşətli hadisə baş verib. 4 yaşlı qız uşağına təcavüz edən şəxs onu öldürüb. Həmin şəxs ölkənin şimalında, Reyesdə həbs edilib.

Adı açıqlanmayan təcavüzkar polis mərkəzinə gətiriləndə isə əsəbi kütlə onu öldürməyə cəhd edib. Onlar polis idarəsindən təcavüzkarı çölə çıxararaq küçədə sürüyüblər.

Daha sonra onu ölənə kimi döyüblər. Təcavüzkarı öldürən sakinlər onu asıblar.

Hadisə ilə bağlı hələ ki, heç kim həbs edilməsə də, polis görüntüləri incələyir və vətəndaşların ifadəsini alır.

İkinci cinayətdə yüzlərlə insan iştirak etdiyinə görə, kimin həbs ediləcəyi hələ ki, dəqiq bilinmir.

Qeyd edək ki, 4 yaşlı qız uşağı nənəsinin cənazə mərasimi üçün ailəsi ilə birlikdə həmin rayona gəlmişdi. Təcavüzkar ona təcavüz etdikdən sonra öldürmüşdü. (Bizimyol.info)




Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR