Qəbələ şəhər stadionundakı matça meydan sahibləri baş məşqçisiz çıxıb. Roman Qriqorçuk cəzalı olduğu üçün oyunu tribunadan izləyib. Lakin bu amil "qırmızı-qaralar"ın qələbə qazanmasına mane olmayıb. 52-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən dəqiq zərbə ilə oyunda yeganə qolun müəllifi olub - 1:0.
"Qəbələ" minimal hesablı qələbə sayəsində xallarını 28-ə çatdırıb və liderliyini davam etdirib. Saat 18:00-da başlanacaq qarşılaşmada "Qarabağ" "Kəpəz"i yensə, "qırmızı-qaralar"ın liderliyinə şərik olacaq. Gəncə komandası qalib gəlsə, xallarını 15-ə çatdıracaq və 4-cü pilləyə yüksələrək, "Zirə"ni 1 pillə və 1 xal geridə qoyacaq.
Qeyd edək ki, turun daha 2 görüşü noyabrın 20-də olacaq. "Sumqayıt" "Neftçi"ni, "İnter" AZAL-ı qəbul edəcək.