“Qarabağ” beynəlxalq mükafatını təqdim olundu - FOTO

“Qarabağ” beynəlxalq mükafatını təqdim olundu - FOTO
20:05 19 Noyabr 2016
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 19-da Azərbaycan Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə "Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusiyyətləri" mövzusunda konfrans keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, cəçkonfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Konfransda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda aparılan geniş abadlıq, quruculuq işləri barədə məlumat verib. O, ölkənin ümumi iqtisadi inkişafının rayonun həyatına da müsbət təsir göstərdiyini konkret faktlarla əsaslandırıb. Müharibə təhlükəsinin hər zaman aktual olduğunu vurğulayan icra başçısı əlavə edib ki, cəbhəyanı bölgə olan Tərtərdə böyük ruh yüksəkliyi və qələbəyə dərin inam hissi var. M.Məmmədov bu il aprel ayının 1-dən 5-dək cəbhə xəttində yaranmış gərginliyin rayona təsirini əks etdirən məqamlardan söz açıb. O bildirib ki, həmin müddətdə Tərtərin hər bir sakini yüksək əzmlə cəbhəyə dəstəyini göstərdi, bir an belə emosiyaya qapılmadı, təşvişə düşmədi. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətə dərin inamın nəticəsi idi.

İcra başçısı, həmçinin cəmiyyətdə ruh yüksəkliyinin yaradılmasında medianın oynadığı roldan söz açaraq deyib ki, müasir texnologiyaların inkişaf etdiyi hazırkı dövrdə informasiya son dərəcə müstəsna əhəmiyyət daşımaqdadır. Tərtər Rayon İcra Hakimiyyəti mövcud amilə hər zaman önəm verib, Mətbuat Şurası ilə birgə layihəsinə əsasən hərbi-vətənpərvərlik mövzusunda yayılmış materialları nəzərdə keçirib. Bildirilib ki, mövzunun təqdimatında fərqlənən KİV-lər Tərtər Rayon İcra Hakimiyyətinin Mətbuat Şurası ilə birgə təsis etdiyi "Qarabağ" beynəlxalq mükafatı ilə təltif olunacaq.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov aprel ayında cəbhə xəttində yaşanan gərginlik zamanı Tərtərin də hadisələrin episentrində dayandığını vurğulayıb. O, həmin müddətdə rayon rəhbərliyi ilə müntəzəm əlaqədə olduğunu və bölgədəki ruh yüksəkliyindən fəxarət hissi keçirdiyini diqqətə çatdırıb. "Azərbaycan mediası da "aprel müharibəsi" zamanı kifayət qədər ardıcıl və peşəkar fəaliyyət göstərdi. Medianın təqdim etdiyi materiallar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Əlbəttə, mövcud sahədə müəyyən nöqsanlar da qeydə alındı. Bununla belə, kütləvi informasiya vasitələrinin işini yüksək qiymətləndirmək olar. Bizim həmin vaxt Tərtər Rayon İcra Hakimiyyətinin başçısı ilə söhbətlərimiz oldu. Medianın cəmiyyət həyatındakı, xüsusən də hərbi-vətənpərvərliyin təbliğatındakı rolunu nəzərə alaraq belə qərara gəldik ki, beynəlxalq miqyaslı "Qarabağ" mükafatını təsis edək. Əlbəttə, hələlik bu mükafatın yerli qaliblərə təqdim edəcəyik. Mükafatlandırma zamanı hərbi-vətənpərvərlik mövzusuna və Tərtər rayonunun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının işıqlandırılmasına ən çox önəm verən KİV-lər nəzərə alınıb. Gələn ildən başlayaraq biz Qarabağla bağlı xarici media vasitələrində yer almış ən yaxşı məqalələrin müəlliflərini də mükafatlandırmağı nəzərdə tuturuq. Hesab edirik ki, bu yolla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin təbliğinə daha çox yer vermiş olarıq", - deyə Ə.Amaşov qeyd edib.

Sonra hərbi-vətənpərvərlik mövzusunun təqdimatında fərqlənmiş və Tərtər rayonu ilə bağlı ən yaxşı materialları təqdim etmiş 8 KİV - "525-ci qəzet", "Azərbaycan", "Xalq qəzeti", "Yeni Azərbaycan", "Respublika", "Bakı xəbər" və "Xalq cəbhəsi" qəzetləri "Qarabağ" mükafatına layiq görülüblər.

Toplantıda çıxış edənlərdən Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin Tərtər rayonundan seçilmiş deputatı Sahib Alıyev, Mətbuat Şurası İdarə Heyətinin üzvləri - "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, şair-publisist Zabil Zeynalov və başqaları hərbi-vətənpərvərlik təbliğatının vacibliyini əsaslandıraraq bildiriblər ki, cəbhəyanı bölgə olan Tərtərdə məsələyə həssas yanaşmaq olduqca vacibdir. "Qarabağ" beynəlxalq mükafatının təsis edilməsi isə təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin deyil, ümumən bölgənin tarixi və perspektiv imkanlarının təbliği kontekstində mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, konfransda iştirak edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və KİV rəhbərləri cəbhənin Tərtər rayonunun Talış kəndi istiqamətindəki təmas xəttinə baş çəkərək əsgərlərimizlə görüşüblər.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/491138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR