5 qitənin 11 dövlətində 17 yeni kardinal

5 qitənin 11 dövlətində 17 yeni kardinal
22:58 19 Noyabr 2016
76 Dünya
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransisk yeni 17 kardinal təyin edib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, onların 13-nün yaşı 80-dən az, 4-kü isə çoxdur. Bu isə onların növbəti Papa seçkisində iştirak edə bilməsi deməkdir.

Yeni kardinallar 5 qitənin 11 dövlətində Vatikanı təmsil edəcəklər.

Məlumatda bildirilib ki, Papa ABŞ-da üç yepiskopu kardinal təyin edib. Onlar Roma katolik kilsəsində islahat tərəfdarıdırlar.

Müşahidəçilərin fikrincə, yeni təyinatlar ABŞ-ın mühafizəkar kardinalları arasında tarazlığa şərait yaradacaq.

Kardinallar kollegiyası Papanın yanında məşvərətçi orqan olmaqla yanaşı, yeni Papanı seçir. Nəzəri cəhətdən istənilən kardinal Roma-katolik kilsəsinə başçılıq edə bilər. (Report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR