Saakaşvili hakimiyyət uğrunda mübarizəyə başladı

Saakaşvili hakimiyyət uğrunda mübarizəyə başladı
23:05 19 Noyabr 2016
141 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili özünün "Facebook" səhifəsində Ukraynada yeni siyasi qüvvənin yaradılması üzrə işin başlandığını bəyan edib.

"Bu gün bütün Ukraynadan təşəbbüs qruplarının yüzə yaxın təmsilçisi bizim ofisə toplanmışdı. Görüşümüz Ukrayna Təhlükəsizlik İdarəsinin müşahidəsi altında keçirilsə də, hamıda belə bir hiss vardı ki, biz vacib bir yeniliyin başlanğıcındayıq və köhnə siyasi klanlar bunu dayandıra bilməz. Biz Ukraynanın bütün regionlarında işə start vermişik", - Mixail Saakaşvili yazıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki,o, tərəfdarlarını noyabrın 27-də Kiyevin mərkəzinə "açıq Rada"ya toplaşmağa dəvət edib.

"Biz ölkədə hakimiyyətin köklü dəyişikliklərinəı başlayırıq!" - Saakaşvili qeud edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR