İndoneziyanın Tuban şəhərinin yaxınlığında Yava dənizində KM Mulya Sejati balıqçı gəmisi ilə MV Tayson 4 gəmisi toqquşub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, balıqçı gəmisində 27 nəfər olub. Toqquşmadan dərhal sonra MV Tayson 4 gəmisi 12 nəfəri sudan çıxarsa da, 15 nəfər itkin düşüb.
Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, axtarış-xilasetmə əməliyyatları davam edir.
Milli.Az