Dünya çempionatında daha bir medal

Dünya çempionatında daha bir medal
09:42 21 Noyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində veteran cüdoçular arasında  keçirilən dünya çempionatında Azərbaycan millisi daha bir medal qazanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan Mübariz Cəfərov mundialın bürünc mükafatına sahib olub.

Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi 3-cü yer uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.
 
Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların çempionatında 2 qızıl medal qazanıb. Fərhad RəcəbliZaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR