Martda Bakıda Xəzər Enerji Forumu keçiriləcək

Martda Bakıda Xəzər Enerji Forumu keçiriləcək
11:02 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakıda növbəti Beynəlxalq Enerji Forumu 2017-ci il martın 15-də keçiriləcək. “Report” xəbər verir ki, tədbirdə Xəzər, Qara dəniz və Baltik dənizi regionunda olan ölkələri təmsil edən rəsmi şəxslər və kommersiya şirkətlərinin rəsmiləri iştirak edəcəklər.
Məlumata görə, “IV International Caspian Energy Forum Baku-2017”nin açılış mərasimində Azərbaycan Prezidenti ilham Əliyevin də çıxış etməsi gözlənilir.
“Caspian European Club”un təşkilatçılığı ilə keçiriləcək foruma məruzəçi qismində Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, energetika naziri Natiq Əliyev, SOCAR prezidenti Rövnəq Abdullayev, SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə, maliyyə naziri Samir Şərifov, vergilər naziri Fazil Məmmədov, iqtisadiyyat naziri Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Azerbaijan Airlines” QSC-nin sədri Cahangir Hacıyev, “Azersun Holding”in prezidenti Abdolbari Goozal, “Caspian Shipping” QSC-nin sədri Rauf Vəliyev və “KazMunayGas”ın Direktorlar Şurasınn sədri Sauat Minbayev dəvət ediliblər.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/martda-bakida-xezer-enerji-forumu-kecirlecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR