Şırnakda terror aktı: yaralılar var

Şırnakda terror aktı: yaralılar var
16:58 21 Noyabr 2016
48 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Şırnak vilayətinin Uludərə bölgəsində, İraqla sərhəd ərazidə terror aktı törədilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqla sərhəd hissədə bir şirkət sahibinin də içində olduğu avtomobil PKK tərəfindən partladılıb.

Hadisə nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Şırnak Dövlət Xəstəxanasına aparılıb.

Bölgədə terrorçuların tutulması üçün əməliyyat başlanıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR