Zülfiyyə Xanbabayevanın prodüserindən Meral Konrata cavab

Zülfiyyə Xanbabayevanın prodüserindən Meral Konrata cavab
18:22 21 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Meral Konrat xalq artisti Zülfiyyə Xanbabayevanın "Mənimsən" adlı klipində rol almasından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bildirib ki, illər əvvəl onu "Təhminə 2" filminin çəkilməsi adı ilə Azərbaycana dəvət edərək aldadıblar. Bu səbəbdən də Meral Konrat xalq artistləri Fəxrəddin Manafov və Zülfiyyə Xanbabayevadan inciyib.

Z.Xanbabayevanın prodüseri Nigar Hacızadə əməkdaşımızla söhbətində məsələyə münasibət bildirib:

"Biz sifarişçi idik. Filmdə rol alan Fəxrəddin Manafov və rejissor Ramiz Fətəliyevdən xahiş etdik. Onlar Meral Konratı hansı adla buraya gətiriblər, xəbərimiz yoxdur. Hadisədən neçə il keçib, niyə söhbəti qaldırırlar? Bunu Fəxrəddin Manafovdan və Ramiz bəydən soruşun".

Qeyd edək M.Konrat bu haqda "Report"a müsahibəsində deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/491671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR