"Otto" fırtınası Panamada 7 nəfərin həyatına son qoyub

"Otto" fırtınası Panamada 7 nəfərin həyatına son qoyub
01:27 23 Noyabr 2016
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Tropik "Otto" fırtınası Panamada 7 nəfərin həyatına son qoyub.
"Report" xəbər verir ki, bu barədə Mərkəzi Amerika Ölkələri Mülki Müdafiəsinin Milli Sistemi xəbər yayıb.
Məlumata görə, ölənlərdən yaş yarımlıq uşaq, 9 yaşlı oğlan və 14 yaşlı yeniyetmə də daxil olmaqla, ən azı 3-ü yetkinlik yaşına çatmayanlardır.
Sinoptiklər bildiriblər ki, "Otto"nun yaxın saatlarda güclənərək qasırğaya çevriləcəyi gözlənilir. Ölkənin hakimiyyət orqanları məktəblərdə dərslərin dayandırılması haqda göstəriş verib. Habelə sahilboyu sularda da gəmilərin hərəkəti dayandırılıb.
Qonşu Kosta-Rikada da hakimiyyət orqanları sahilboyu rayonlardan 4 minə yaxın sakinin təxliyə edilməsi barədə göstəriş verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR