Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulacaq.
Publika.az xəbər verir ki, oyunlar A, B, C və D qruplarında keçiriləcək.
Artıq A qrupundakı oyunların formal xarakter daşıdığını demək olar. Çünki İngiltərənin "Arsenal" və Fransanın PSJ klubu növbəti mərhələyə vəsiqəni təmin edib. Sadəcə qalan iki turda bu qrupda lider müəyyənləşəcək və Avropa Liqasına yollanacaq komandanın kimliyinə aydınlıq gələcək.
B qrupunda "Qartallar"ın qarşıdurması maraqla gözlənilir. Türkiyənin "Beşiktaş" klubu Portuqaliya "Benfika"sını qəbul edəcək. İstanbul təmsilçisi evdə 3 xal qazanacağı təqdirdə növbəti mərhələ şanslarını artırmış olacaq. Digər oyunda isə İtaliyada "Napoli" və Ukrayna "Dinamo"su üz-üzə gələcək. Meydan sahibləri qələbə sayəsində birinci pilləyə yüksələcək.
C qrupunun lideri olan İspaniya "Barselona"sı sonuncu pillədə qərarlaşan Şotlandiyanın "Seltik" klubunun qonağı olacaq. "Barsa" böyük ölçüdə növbəti mərhələni təmin etsə də, bugünkü bir xal belə bunu rəsmiləşdirəcək. Digər oyunda isə Almaniyanın Münxenqladbax "Borussiya"sı İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Şəhərlilər" də ən azı bir xal sayəsində növbəti mərhələni rəsmiləşdirmiş olacaq.
D qrupunda da oyunlar yalnız lideri və Avropa Liqasına gedəcək komandanı müəyyənləşdirmək baxımından əhəmiyyət daşıyır.
A qrupu
23:45. "Ludoqorets" (Bolqarıstan) - "Bazel" (İsvemrə)
23:45. "Arsenal" (İngiltərə) - PSJ (Fransa)
"Arsenal" - 10. PSJ - 10. "Bazel" - 1. "Ludoqorets" - 1.
B qrupu
21:45. "Beşiktaş" (Türkiyə) - "Benfika" (Portuqaliya)
23:45. "Napoli" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)
"Benfika" - 7. "Napoli" - 7. "Beşiktaş" - 6. "Dinamo" - 1.
C qrupu
23:45. "Seltik" (Şotlandiya) - "Barselona" (İspaniya)
23:45. "Borussiya" (Münxenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Barselona" - 9. "Mançester Siti" - 7. "Borussiya" - 4. "Seltik" 2.
D qrupu
21:00. "Rostov" (Rusiya) - "Bavariya" (Almaniya)
23:45. "Atletiko" (İspaniya) - PSV (Hollandiya)
"Atletiko" - 12. "Bavariya" - 9. "Rostov" - 1. PSV - 1.