Yığıncağın gündəliyinə müəssisənin icra orqanının rəhbərinin yenidən seçilməsi, onun MMC formasında yenidən təşkil edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "Xudat Tikinti 16" 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 19,8 min manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 9 900 səhm əsasında formalaşıb. Təxminən ay yarım bundan əvvəl Bakı Fond Birjasında ASC-nin 9 089 səhminin (91,8%-lik səhm zərfi) alqı-satqısı ilə bağlı əqd bağlanılıb və bununla da onun əsas sahibi dəyişib.