Türkiyədə 22 minə yaxın polis əməkdaşı işdən çıxarılıb

Türkiyədə 22 minə yaxın polis əməkdaşı işdən çıxarılıb
13:32 23 Noyabr 2016
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Türkiyə Daxili İşlər Nazirliyinin 21 929 əməkdaşı işdən çıxarılıb.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, nazirliyin 12 985 əməkdaşı isə tutduğu vəzifədən uzaqlaşdırılıb.
Bundan başqa, 3 569 nəfər nazirlikdəki vəzifəsinə bərpa edilib.
Məlumata görə, nazirliyin 467 əməkdaşı barəsində axtarış elan edilib.
Onların Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə olduğu ehtimal edilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR