Xoşqədəm: "Qərara gəlmişəm, hər şeyi açıq demək lazımdır"

Xoşqədəm: "Qərara gəlmişəm, hər şeyi açıq demək lazımdır"
18:49 23 Noyabr 2016
374 Digər
Ölkə mətbuatı
A- A+

“Ev, torpaq aldığım, əynimin paltarını verdiyim, yerimi, kreslomu verdiyim, çətin anlarında yanında olduğum, əlindən tutduğum insanlardan o qədər böyük zərbələr almışam ki...”

 

Lent.az-ın məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı “Bizə danış” verilişində deyib. Aparıcı artıq yorulduğunu vurğulayıb: “Heç vaxt insanlardan küsmədim. Məni vurublar, yenə ayağa qalxmışam. Qəlbimə dəyiblər keçmişəm. Hər dəfə bağışlamışam, demişəm, eybi yoxdur, Allah baxır. Amma artıq yoruldum. Yaxşılığın mükafatı budurmu? Qərara gəlmişəm, hər şeyi açıq demək lazımdır. Hər şeyi açıq demək lazımdır və hər kəsə layiq olduğu yeri zamanında göstərmək lazımdır. Çünki başıma gəlib, kiməsə layiq olduğu cavabı vaxtında verməsən, bir müddət sonra sizə daha ağır zərbə vuracaq. Hər kəsə layiq olduğu yeri göstərmək lazımdı”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR