Müğənni Madonna 16 yaşlı oğlu Rokkonun həbsi barədə açıqlama verib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, faktı təsdiqləyən Madonna oğluna dəstək olub.
“Mən oğlumu heç nəyə baxmayaraq, çox sevirəm. Əlimdən gələn köməyi də edəcəm. Xahiş edirəm, ailəmizin bu vəziyyətinə hörmətlə yanaşasınız", - deyə o bildirib.
Qeyd edək ki, müğənninin oğlunun narkotik üstündə həbs olunması barədə xəbərlər ötən gün mediaya sızıb. Hadisə isə sentyabrın sonlarında baş verib. Hazırda o, girov qarşılığında azad olunub. 16 yaşlı gənc atası ilə Londonda yaşayır.