Avropa Parlamentinin qərarı Türkiyə üçün gözlənilən idi - Prezident administrasiyası

Avropa Parlamentinin qərarı Türkiyə üçün gözlənilən idi - Prezident administrasiyası
07:52 25 Noyabr 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasına dair danışıqların dayandırılmasını tövsiyə edən qətnaməsi Ankara üçün gözlənilən idi və bu Ankaraya münasibətdə ikili standartın göstəricisidir. Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Prezident Administrasiyasından bildiriblər.

Administrasiyada qeyd ediblər ki, Türkiyə dəfələrlə bəyan edib ki, bu qərar Ankara üçün heç bir hüquqi xarakter daşımır:

"Avropa İttifaqına üzvlük üçün Türkiyənin yolunu kəsmək əvəzinə, Avropa Parlamenti Aİ və Ankara arasında dialoq yollarının genişləndirilməsinə kömək etməli idi. Türkiyə demokratik dəyərlərə həmişə sadiq olub".

Bu gün Avropa Parlamenti Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqların dayandırılması barədə tövsiyə xarakterli qətnaməni təsdiqləyib.

Sənəd, Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra yaranan vəziyyətlə və fövqəladə vəziyyət rejiminin şərtləriylə bağlı, Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqların dondurulmasını tövsiyə edir.

Qətnamədə bildirilir ki, Türkiyə danışıqların bərpası üçün Fövqəladə Vəziyyət rejimini ləğv etməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492815.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR