Avstriya parlamentindən Türkiyəyə qarşı ŞOK EMBARQO

Avstriya parlamentindən Türkiyəyə qarşı ŞOK EMBARQO
10:33 25 Noyabr 2016
86 Dünya
Ölkə mətbuatı
A- A+

Avstriya parlamenti Türkiyə əleyhinə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Avstriya parlamentində Yaşıllar Partiyasından olan türkiyəli millət vəkili Berivan Aslan özünün “Twitter” hesabında məlumat verib.

B.Aslan qeyd edib ki, qərara əsasən, Avstriya Türkiyəyə silah satmayacaq:

“Qərarın tələbi olaraq, Avstriya Türkiyəyə qarşı silah embarqosu tətbiq edəcək. Sözügedən qərar Avstriya parlamentində təmsil olunan 6 siyasi partiyanın birgə razılığı və səs çoxluğu ilə qəbul edilib. Bununla da Avstriya Türkiyəyə silah satışında embarqo tətbiq edən ilk ölkə olacaq”.

Vasif Həsənli


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR