Flora Kərimova ağladı: “Nəvələrim mənsiz böyüyür”

Flora Kərimova ağladı:  “Nəvələrim mənsiz böyüyür”
12:31 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Flora Kərimova xaricdə yaşayan övladlarından danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni “ARB TV”də yayımlanan “Evgördü” verilişində nəvələrinin ondan uzaqda böyüdüyünü deyib. Kövrələn ifaçı bildirib ki, həsrət çəkir:

“Oğlum Almaniya, qızım isə İngiltərədə yaşayır. Oğlumun yanına 1 dəfə getmişəm. Qızım isə artıq 9 ildir oradadır, heç yanına getməmişəm. Çox darıxıram, nəvələrim mənsiz böyüyür. Övladlarım mənsiz yaşlanır. Hər gün telefon vasitəsilə onlarla əlaqə saxlayıram. Ürəyimdə bir övlad, bir də torpağımın niskili var”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR