İranda sərnişin qatarları toqquşdu: 5 ölü, 11 yaralı

İranda sərnişin qatarları toqquşdu: 5 ölü, 11 yaralı
13:27 25 Noyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

İranın şimalında iki sərnişin qatarının toqquşması nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürəzəvi bildirib.
İnformasiyaya görə, hadisə İranın şimalında yerləşən Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib. 
Həmin bölgəyə çoxlu qar yağdığından yollar bağlanıb və hadisə yerinə xilasedicilərin yetişməsində problemlər yaranıb.
Ölən və yaralananların sayının artacağı istisna edilmir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492965.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR