Estoniya "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşulacaq

Estoniya "Şimal-Cənub" nəqliyyat dəhlizinə qoşulacaq
13:52 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Estoniya "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinə qoşulacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib.

Onun sözlərinə görə, bununla bağlı hər iki ölkənin dəmir yolu idarələrinin rəhbərləri arasında görüş keçirilib:

"Estoniya "Şimal-Cənub" marşrutuna maraq göstərib. Bu layihəyə Paldiski limanının qoşulması planlaşdırılır. Bu yolla Estoniyadan, Skandinaviya və Şimali Avropa ölkələrindən yüklərin Rusiya və Azərbaycandan keçməklə İrana və Fars körfəzi ölkələrinə çatdırılması nəzərdə tutulur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/492967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR