Sabah Özcan Deniz Bakıya gələcək

Sabah Özcan Deniz Bakıya gələcək
14:37 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyənin məşhur aktyoru Özcan Deniz Bakıya gələcək.
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən “Report”a verilən məlumta görə, sabah keçiriləcək “İkinci şans” filminin qala gecəsində filmin baş rol ifaçıları Özcan Deniz və Nurgül Yeşilçayla birlikdə Mesut Can Tomay da iştirak edəcəklər.
Ö.Denizin romantik dram janrında çəkdiyi film iki zidd xarakterli insanlar - riyaziyyat müəllimi Yasəmənin və restoran sahibi olan Cemalın eşq hekayəsindən bəhs edir. 
Avşar film və DNZ filmin istehsalı olan ekran işinə baxdıqdan sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR