"Statoil" bir yataqda hasilatı dayandırıb

"Statoil" bir yataqda hasilatı dayandırıb
17:42 25 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 25 noyabr. REPORT.AZ/ Norveçin “Statoil” şirkəti dəniz özülündəki yanğın siqnalı ilə əlaqədar “Heimdal” yatağında hasilatı dayandırıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə baş verən zaman platformada 67 nəfər olub. Bu gün səhər saatlarında problem həll olunsa da hasilat prosesi bərpa olunmayıb.
Qeyd edək ki, “Heimdal” qaz yatağı Şimal dənizində yerləşir. Yataq 1972-ci ildə kəşf edilib, hasilata isə 1986-ci ildə başlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR