Əfqanıstanın şərqində bir-birinin ardınca iki partlayış törədilib.
Publika.az xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 27 nəfər yaralanıb.
İnsident Nanqarxar əyalətinin paytaxtı Cəlilabadda baş verib. İlkin məlumata əsasən, partlayışlar nəticəsində iki polis əməkdaşı ölüb, üçü yaralanıb. (apa)