Dəhşətli "Otto" qasırğası: Ölənlərin sayı 9-a çatdı

Dəhşətli "Otto" qasırğası: Ölənlərin sayı 9-a çatdı
08:08 26 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Kosta-Rikada "Otto" qasırğasından ölənlərin sayı 9 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin prezidenti Luis Qilermo Solis xəbər verib.

"Baqasesdə və Upalda 9 nəfərin ölümündən dərin təəssüf hissi keçiririk" – deyə Solis "Twitter"dəki bloqunda yazıb. Prezident həmçinin ölkədə bazar ertəsi günündən başlayacaq 3 günlük matəm elan edib.

Solisin sözlərinə görə, təbii fəlakətlə bağlı 2,5 min insan təxliyə edilib. Ölkənin xilasetmə helikopterlərinə Panama və ABŞ-ın helikopterləri də qoşulub. Onlar qasırğanın olduğu ərazilərdə insanların axtarışlarını həyata keçirirlər. (Report)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR