Almaniya II Bundesliqasında XIV tura start verilib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" səfərdə "Vursburger Kikkers"lə qarşılaşıb.
Nazarovun 90 dəqiqə meydanda olduğu qarşılaşma 1:1 hesablı bərabərliklə nəticələnib.
Qeyd edək ki, 14 oyundan sonra hesabında 11 xal olan "Aue" turnir cədvəlində 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
Milli.Az