Kaxa Kaladze: “Gürcüstan istehlak etdiyi təbii qazın böyük hissəsini Azərbaycandan alır”

Kaxa Kaladze: “Gürcüstan istehlak etdiyi təbii qazın böyük hissəsini Azərbaycandan alır”
21:02 26 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Tbilisi. 26 noyabr. REPORT.AZ/ “Azərbaycan bizim əsas qaz ixracatçımızdır. Gürcüstan istehlak etdiyi təbii qazın böyük hissəsini Azərbaycandan alır”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri parlamentdəki çıxışı zamanı Gürcüstanın energetika nazirinin vəzifələrini icra edən Kaxa Kaladze söyləyib.
Deputatların Gürcüstanın enerji, xüsusən də təbii qazla təminatı barədə suallarını cavablandıran Kaladze deyib: “Biz bu ilin fevral ayında təbii qazın alınması ilə əlaqədar Azərbaycan ilə çox mühüm sənəd imzalamışıq. Bu sənədə əsasən biz Azərbaycandan kifayət qədər mavi yanacaq alırıq. “Şahdəniz” layihəsi başa çatdıqdan sonra Gürcüstan qonşu ölkədən fasiləsiz, daha çox qaz alacaq”.
Təbii qazın alınması ilə bağlı digər dövlətlərin müvafiq strukturları ilə aparılan danışıqlara münasibət bildirən Kaladze deyib ki, bu danışıqlar Gürcüstanın milli maraqları naminə həyata keçirilir və ölkənin maraqları üstün tutulur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR