Ermənipərəst baş nazir prezidentliyə namizəd oldu

Ermənipərəst baş nazir prezidentliyə namizəd oldu
09:53 28 Noyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa senatında 2012-ci ildə uydurma erməni soyqırımını inkar edənlərə qarşı cəza verilməsini nəzərdə tutan qanun layihəsinin müəllifi François Fillon 2017-ci ildə keçiriləcək prezident seçkilərinə namizəd olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, François Fillon sağçı Cümhuriyyət Partiyasının namizədi kimi Fransa prezidentliyi uğrunda mübarizə aparacaq. Seçkilərin birinci turunda qalib gələn François Fillon artıq 2017-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək hüququ qazanıb. O, ilkin seçkilərdə rəqibi Alain Juppeyə qalib gəlib.

Xatırladaq ki, François Fillon sabiq prezident Nikolya Sarkozinin dövründə Fransanın baş naziri olub. O, Türkiyəyə qarşı açıq və sərt fikirləri ilə və Ermənistanı dəstəkləyən siyasətçi kimi tanınır. Hətta, François Fillon 2012-ci ildə uydurma erməni soyqırımını inkar edənlərə qarşı cəza verilməsini nəzərdə tutan qanun layihəsini Fransa senatına təqdim edib. Ancaq həmin qanun layihəsi yekunda qəbul edilməyib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR