Çelik: “Kişilik sünnət olmaqla ölçülürsə, onda 3-4 dəfə sünnət olaram!"

Çelik: “Kişilik sünnət olmaqla ölçülürsə, onda 3-4 dəfə sünnət olaram!"
13:18 28 Noyabr 2016
739 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Çelik Erişçi kişiliyin yalnız sünnət olmaqdan ibarət olmadığını bildirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni dünyanı kişilərin məhv etdiyini söyləyib: “Kişilik sünnət, saqqal və bığdan ibarət deyil. Tutaq ki, səni masaya yatırıb sünnət etdilər və sən kişi oldun, amma məsələ burasındadır ki, sən özünü kişi kimi aparmırsan. Kişilik sünnət olmaqla ölçülürsə, onda 3-4 dəfə sünnət olaram! Amma kişilik təkcə oranı kəsdirməklə olmur. Kişilik sözün səndə yaratdığı dəyərləri tətbiq etməkdir. İnsanlıq dəyərlərinə riayət etməkdir. Qadınları əzən o qədər sünnət olmuş, bığ saxlamış kişilər var ki... Mənim öyrəndiyim mədəniyyətdə isə bu, yoxdur. Anadolu mərhəmət və sülh torpağıdır. Başqa nə deyə bilərəm ki? Qadınlar daha başlarına nə gələcəyinin fərqində deyil. Şəfqətsiz, mərhəmətsiz bir həyata doğru gedirik, qadın varlığı ortadan qalxacaq. Bunu demədi deməyin!"

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/177637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR