Kral ailəsində xoş hadisə baş verib - fotolar

Kral ailəsində xoş hadisə baş verib - fotolar
23:51 28 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Lüksemburq şahzadəsi Feliks və onun həyat yoldaşı Kler ikinci dəfə valideyn olublar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onların Jenevada bir oğul övladları dünyaya gəlib. Krallıqdan verilən rəsmi açıqlamada bildirilir ki, doğum zamanı Feliks Klerin yanında olub və hazırda həm ana, həm də uşağın vəziyyəti yaxşıdır.

Qeyd edək ki, 10 ildən çox görüşən cütlük 2013-cü ildə ailə həyatı qurub. 2014-cü ildə onların Amali adlı bir qız övladı dünyaya gəlib.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR