Kolumbiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Kolumbiyada sərnişin təyyarəsi qəzaya uğrayıb
09:52 29 Noyabr 2016
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Kolumbiyada göyərtəsində 72 sərnişin olan təyyarə qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Təyyarə Boliviyadan havaya qalxıb və Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.
Yerli KİV-in məlumatına görə, təyyarənin göyərtəsində Braziliyanın "Şapekoense" futbol klubunun üzvləri də olub.
Hələlik qəzadan sağ xilas olanlarla bağlı məlumat yoxdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR