Müsəlman tələbə universiteti qana boyadı: 11 yaralı - FOTO

Müsəlman tələbə universiteti qana boyadı: 11 yaralı - FOTO
10:42 29 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-dakı Ohayo Universitetinin kampusuna girərək orada faciə törətmiş şəxsin Somali qaçqını olduğu bəlli olub.

Milli.Az NBC News-a istinadən bildirir ki, o, 20 yaşlı Əbdül Rəzzaq Əli Ərtandır.

Dünən səhər somalili mühacir avtomobillə kampusa girib. Bu zaman o, 4 nəfəri vurub. Daha sonra o, avtomobildən düşüb və yaraladığı adamlara maçete il zərbələr endirməyə başlayıb.

Əli Ərtanın hücumu zamanı 11 nəfər yaralanıb. Onlardan birinin durumu kritikdir.

1870-ci ildə yaradılmış Ohayo Dövlət Universitetində 45 min tələbə və 13 min aspirant təhsil alır.

Somali qaçqını olan Əbdül Rəzzaq Əli Ərtan universitetin logistika fakültəsində təhsil alırdı.

Onu polis əməkdaşı, 28 yaşlı Alan Haruyko güllələyib.

Əli Ərtan radikal molla Ənvər Əvlakinin "tələbə"lərindən biridir.

O, faciədən az öncə Facebook səhifəsində yazmışdı: "Dünyada müsəlman  bacı və qardaşlarıma divan tutulması artıq məni usandırır. Dözə bilmirəm!"

Milli.Az






























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/494008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR