“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, hücum noyabrın 30-da Dəməşq-Beyrut avtomobil şossesi yaxınlığında olub.
Avtomobil karvanının Livandakı Hizbullah qruplaşmasına silah-sursat daşıdığı ehtimal edilir.
Xəbərə görə, hava zərbələri Pilotsuz Uçan Aparatlar (PUA) vasitəsi ilə endirilib.
Hücum nəticəsində xəsarət alan və həyatını itirənlər barədə məlumat verilməyib.

