İsrail ordusu Dəməşq ətrafına PUA-lar vasitəsilə zərbələr endirib - FOTO

İsrail ordusu Dəməşq ətrafına PUA-lar vasitəsilə zərbələr endirib - FOTO
09:57 30 Noyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail Müdafiə Ordusunun (TSAXAL) Hərbi Hava Qüvvələri Dəməşqin rayonlarından biri ilə hərəkət edən yüklə dolu avtomobil karvanına, eləcə də Bəşər Əsəd silahlılarının Suriya paytaxtındakı mövqelərinə havadan zərbə endirib.

Milli.Az report-a istinadən xəbər verir ki, hücum noyabrın 30-da Dəməşq-Beyrut avtomobil şosesi yaxınlığında olub.

Avtomobil karvanının Livandakı Hizbullah qruplaşmasına silah-sursat daşıdığı ehtimal edilir. Xəbərə görə, hava zərbələri Pilotsuz Uçan Aparatlar (PUA) vasitəsi ilə endirilib.
Hücum nəticəsində xəsarət alan və həyatını itirənlər barədə məlumat verilməyib.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR