Rusiyada qaz partladı:2 ölü, 5 yaralı

Rusiyada qaz partladı:2 ölü, 5 yaralı
06:59 1 Dekabr 2016
60 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Rostov vilayətində  baş vermiş  qaz partlaması nəticəsində 2 nəfər ölüb,  5 nəfər xəsarət alıb.

 

APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi xəbərə görə, insident Baqayevsk rayonunda yerləşən ikimənzilli yaşayış evində qeydə alınıb.

 

Hadisə nəticəsində mənzilin biri tamamilə, digəri isə qismən dağılıb. İlkin versiyaya görə, hadisəyə məişət qazının partlaması səbəb olub. Yaralananlardan 3-ü xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə məlumat verilmir. Hadisə yerinə Rusiya FHN-nin  canlı qüvvə və texnikası cəlb olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR