"Report"un məlumatına görə, bunu Azərbaycan Həndbol Federasiyasının (AHF) yeni prezidenti Saleh Məmmədov deyib. O, sovet dövründə futbolçu olduğunu da xatırladıb. S.Məmmədov bildirib ki, yeni vəzifədə məqsədi həndbol ənənələrini Azərbaycana qaytarmaqdan ibarətdir: "Prezident İlham Əliyevə mənə göstərdiyi etimada görə təşəkkür edirəm".
Qeyd edək ki, Saleh Məmmədov bu gün Milli Olimpiya Komitəsində keçirilən AHF-in Konfransında qurumun yeni prezidenti seçilib. O, öz ərizəsi ilə vəzifəsindən ayrılan Heydər Babayevi əvəzləyib.