Azərbaycanın "Nömrə 1"ləri seçildi - fotolar

Azərbaycanın "Nömrə 1"ləri seçildi -  fotolar
12:06 1 Dekabr 2016
258 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün Bakıda “Number one” ("Nömrə 1") mükafatlamdırma mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, təşkilatçılığını və aparıcılığını Tural Ozanın etdiyi gecədə bir-birindən maraqlı anlar yaşanıb.

Əvvəlcə tanınmış simalar qırmızı xalçadan keçib, media nümayəndələrinə mükafatla bağlı fikirlərini bildiriblər. Gecəyə müğənnilər, aktyor və aktrisalar, millət vəkilləri, jurnalistlər, idmançılar, prodüserlər və müxtəlif peşənin nümayəndələri qatılıb.

Daha sonra mərasimin rəsmi hissəsi başlayıb. İlk olaraq dövlət himni səsləndirilib. Bir-birinin ardınca “Number one” mükafatı sahiblərinə təqdim olunub.

Gecədə xalq artisti Flora Kərimova, Nazpəri Dostəliyeva, Faiq Ağayev, Amaliya Pənahova, əməkdar artist Elza Seyidcahan, müğənnilər Nadir Qafarzadə, Ramal İsrafilov, idmançılar İlham Zəkiyev, Rafael Ağayev, prodüser Təranə Səmədova və başqaları mükafata layiq görülüblər.

Mükafat alanlar arasında Axşam.az saytı da yer alıb.










































Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR