Səhiyyə Komitəsinin sədri: "2018-də bütövlükdə icbari tibbi sığortanı təbiq etməyə başlayacağıq"

Səhiyyə Komitəsinin sədri: "2018-də bütövlükdə icbari tibbi sığortanı təbiq etməyə başlayacağıq"
12:12 1 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 1 dekabr. REPORT.AZ/ "Əminəm ki, 2018-ci ildə bütövlükdə icbari tibbi sığortanı tətbiq etməyə başlayacağıq. İcbari tibbi sığortanı nə qədər tez həyata keçirsək, tibbi xidmətin səviyyəsi də bir o qədər tez yüksəlməyə başlayacaq. Hansı ölkə səhiyyə sahəsində uğur qazanıbsa, bunun səbəbi icbari tibbi sığortadır".
"Report"un verdiyi xəbərə görə, bunu parlamentin Səhiyyə Komitəsini sədri Əhliman Əmiraslanov deyib.
"İcbari tibbi sığorta üzrə yükün hamısını dövlət büdcəsi öz üzərinə götürməməlidir. Xeyli digər mənbələr var. Bu istiqamətdə Səhiyyə Nazirliyi, digər qurumlar Maliyyə Nazirliyi ilə bir yerdə oturub ciddi tədbirlər planı hazırlamalıdır. Əhalinin az müdafiə olunan qrupları var ki, onların tibbi sığortasını dövlət öz üzərinə götürməldir", - deyə Ə.Əmiraslanov bildirib.
O qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi istiqamətində uğurlu addımlar atılıb: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saxlanılması üçün büdcədə müəyyən vəsait ayrılıb. 29 noyabrda icbari tibbi sığortanın tətbiqi ilə bağlı Prezident fərman imzlayıb. Fərmanda icbari tibbi sığortanın həyata keçirilməsi mexanizmi öz əksini tapıb. İki pilot layihəsinin Yevlax və Mingəçevirdə gələn il həyata keçirilməsi nəzrədə tutulub. Bunun üçün də 10 mln. manat ayrılıb. Əminəm ki, bu pilot layihələr uğurla həyata keçiriləcək".

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/sehiyye-komitesini-sedri-2018-de-butovlukde-icbari-tibbi-sigortani-tebiq-etmeye-baslayacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR