"Arda Turan qumarbazdır" - qalmaqallı iddia

"Arda Turan qumarbazdır" - qalmaqallı iddia
16:26 2 Dekabr 2016
191 Şou
Ölkə mətbuatı
A- A+

Dünyanın gözlədiyi "Barselona"-"Real Madrid" oyunu öncəsin futbolçu Arda Turanla bağlı gözlənilməz iddia yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Arda başda olmaqla "Barselona"nın bəzi futbolçularının qumar aludəçisi olduğu deyilir. Xəbərdə, xüsusi ilə, Ardanın poker həvəskarı olduğu iddia edilir:

"Arda komandasının "Herkules"lə oyununda ruh kimi idi. Ağlı futbolda deyildi. Bu oyunu ilə "Barselona"da davam edə bilməsi çətindir, amma Messi, Suarez, İnyesta, Neymar və Pike ilə dostluğuna görə onu tənqid etmirlər. Dostları hər zaman onu mediaya qarşı müdafiə edirlər.... Arda tez-tez Barselona qumarxanalarında görünür. O, əsl qumarbazdır".

Ardanın meneceri Ahmet Bulut dərhal bu iddialara cavab verib:

"Tamamilə yalandır. Belə bir şeyin olmadığını dəqiq deyirəm. Arda örnək həyat tərzi sürür..."


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=62309

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR