37 nömrəli avtobusun hərəkət istiqaməti dəyişib

37 nömrəli avtobusun hərəkət istiqaməti dəyişib
18:09 2 Dekabr 2016
135 Digər
Ölkə mətbuatı
A- A+

 

Paytaxtın marşrut şəbəkəsinin optimallaşdırılması işləri çərçivəsində Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 37 nömrəli müntəzəm şəhərdaxili  marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, 37 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzalından çıxdıqdan sonra “Moskva” prospektinə, oradan isə Dadaş Bünyadzadə küçəsi ilə hərəkər edərək A.M. Şərifzadə küçəsi ilə yolunu davam etdirəcək. Bu dəyişikliyin edilməsinin əsas səbəbi 2-ci Alatava qəsəbəsi sakinlərinin metronun “İnşaatçılar” stansiyasına eləcə də, şəhər mərkəzi istiqamətində gediş-gəlişini asanlaşdırmaqdır. Dəyişiklikdən sonra Alatava sakinlərinin Bakı Beynəlxalq Avtovağzalına gediş-gəlişi də asanlaşacaq.

 

Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 37 nömrəli müntəzəm şəhərdaxili  marşrut xətti üzrə avtobuslar sabahdan sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək. 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/261299

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR