Türkiyə gəmiqayırma sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır

Türkiyə gəmiqayırma sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır
09:47 3 Dekabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyə gəmiqayırma və liman işi sahələrində böyük təcrübəyə malikdir və bu təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.

Onun sözlərinə görə, Bakı və Ankara gəmiqayırma sahəsində olduğu kimi digər sahələrdə də əməkdaşlıq edir.

Nazir deyib: "Türkiyə Azərbaycanla Xəzər dənizindəki limanlarda infrastrukturun və gəmiqayırma müəssisələrinin inkişafı sahəsində fəal əməkdaşlıq edir. Türkiyə şirkətləri bu limanlarda aparılan tikinti işlərində iştirak edir".

Ə.Arslan qeyd edib ki, Türkiyə və Azərbaycan Qara dəniz limanlarının, o cümlədən Samsun limanının istifadəsində əməkdaşlığın inkişaf etdirilməsi üzərində işləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/495362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR