Villaya edilən basqında "sehirli göbələk" tapıldı - FOTO

Villaya edilən basqında "sehirli göbələk" tapıldı - FOTO
10:47 3 Dekabr 2016
191 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Muğla İl Təhlükəsizlik İdarəsi Narkotik ilə Mübarizə Şöbə Müdirliyi və Datça İlçe Təhlükəsizlik İdarəsinin üzvləri bir villada narkotik istehsalı edildiyi xəbəri ilə axtarış aparıb. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, villada aparılan axtarışda xüsusi işıq, istilik və havalandırma sistemləri, toxumlar, hormon dərmanları və başqa məmulatlar aşkar edilib.

Ayrıca əməliyyatda Türkiyədə çox nadir hallarda rast gəlinən zəhərli göbələk növü olan - sehirli göbələk kimi tanınan "Magic Mashroom" tapılıb. Quru halda 25 ədəd və buzluqda yaş halda 8 ədəd "Magic Mashroom" göbələyi istintaq qrupu tərəfindən götürülüb. Hadisə ilə əlaqədar olaraq, lüks villa kirayəyə götürdüyü təsbit edilən 31 yaşlı M.Ş.Ü. ilə 42 yaşlı M.A. polis tərəfindən saxlanılıb.

Bölməyə aparılan M.Ş.Ü. həbs olunarkən, M.A. sərbəst buraxılıb.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/495378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR