"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə EDB arasında gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
S.Şərifov Azərbaycanın iştirakı ilə reallaşdırılan transmilli layihələr haqqında məlumat verib, qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdırıb.
Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini vurğulayan D.Pankin nəqliyyat, tranzit, energetika, özəl sektor və digər sahələrdə həyata keçirilən layihələrin maliyyələşdirilməsində iştirak imkanlarını qeyd edərək, bunun həm də EDB-nin səhmdarları olan Azərbaycanla tərəfdaş ölkələrin marağına uyğun olduğunu söyləyib.