Bu gün Çempionlar Liqasında qrup mərhələsinin VI turunun 8 oyunu keçirilib.

Publika.az xəbər verir ki, A, B, C və D qruplarında keçirilən qarşılaşmalardan sonra qitənin ən nüfuzlu klub turnirində yoluna davam edən 8 və Avropa Liqasında çıxış edən 4 komandanın adına aydınlıq gəlib.

A qrupunda 1/8 final mərhələsinə yüksələn komandalar əvvəldən məlum idi. Son tur "Arsenal"ın qrup lideri olmasını, PSJ-nin isə 2-ci yeri tutmasını müəyyənləşdirib. Avropa Liqasına vəsiqə Fransada xal qazanan "Ludoqorets"ə nəsib olub.

B qrupunda 1/8 finala "Napoli" ilə "Benfika" çıxıb. Neapol təmsilçisi Lissabonda rəqibini məğlub edəərk qrup lideri olub. "Beşiktaş" isə ÇL-də mübarizəni biabırçı məğlubiyyətlə dayandırır - 0:6. Türkiyə klubu oyunu 9 nəfərlə başa vurub. Hər halda, İstanbul təmsilçisi mübarizəni Avropa Liqasında davam etdirəcək.

C qrupunda isə hər iki görüş formal xarakter daşıyıb. İspaniyanın "Barselona" və İngiltərənin "Mançester Siti" klubu müvafiq olaraq ilk iki pillədə yer alıb. Almaniyanın "Borussiya" (Münhenqladbax) klubu isə yoluna Avropa Liqasında davam edəcək.

Çempionlar Liqası. Qrup mərhələsi, 6-cı tur

6 dekabr

A qrupu

23:45. "Bazel" (İsveçrə) - "Arsenal" (İngiltərə) - 1:4

Qol: Seydu Dumbiya, 78 - Lukas Perez, 8, 16, 47, Aleks İvobi, 54

23:45. PSJ (Fransa) - "Ludoqorets" (Bolqarıstan) - 2:2

Qollar: Edison Kavani, 61, Anhel Di Mariya, 90+3 - Virgil Misican, 15, Vanderson, 69

Xal durumu: "Arsenal" - 14. PSJ - 12. "Ludoqorets" - 3. "Bazel" - 2.

B qrupu

23:45. "Benfika" (Portuqaliya) - "Napoli" (İtaliya) - 1:2

Qollar: Raul Ximenes, 87 - Joze Kalyexon, 60, Dries Mertens, 79

23:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Beşiktaş" (Türkiyə) - 6:0

Qollar: Artyom Besedin, 9, Andrey Yarmolenko, 30-pen, Vitali Buyalski, 33, Derlis Qonsales, 45+3, Sergey Sidorçuk, 60, Junior Moraeş, 77

Qırmızı vərəqələr: Andreas Bek, 30 ("Beşiktaş", birbaşa), Vinsent Abubakar, 56 ("Beşiktaş", ikicni sarı)

Xal durumu: "Napoli" - 11. "Benfika" - 8. "Beşiktaş" - 7. "Dinamo" - 5.

C qrupu

23:45. "Mançester Siti" (İngiltərə) - "Seltik" (Şotlandiya) - 1:1

Qollar: Keleçi İheanaço, 8 - Patrik Roberts, 4

23:45. "Barselona" (İspaniya) - "Borussiya" (Münhenqladbax, Almaniya) - 4:0

Qollar: Lionel Messi, 16, Arda Turan, 50, 54, 67

Xal durumu: "Barselona" - 15, "Mançester Siti" - 9. "Borussiya - 5. "Seltik" - 3.

D qrupu

23:45. "Bavariya" (Almaniya) - "Atletiko" (İspaniya) - 1:0

Qol: Robert Levandovski, 28

23:45. PSV (Hollandiya) - "Rostov" (Rusiya) - 0:0

Xal durumu: "Atletiko" - 15. "Bavariya" - 12. "Rostov" - 5. PSV - 2.