Bakı. 7 dekabr. REPORT.AZ/ Fransada yüngül mühərrikli təyyarə Bazel-Müluz-Frayburq hava limanına eniş edən zaman qəzaya uğrayıb. "Report" xəbər verir ki, bu barədə "Airlive" portalı məlumat yayıb. Məlumata görə, hazırda aeroportun uçma-enmə zolağı bağlanıb, bütün reyslər yönləndirilib.