Boliviyada avtobusun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Çilinin İkike şəhərindən Boliviyanın Koçabamba şəhərinə gedən avtobus ötmə manevri zamanı idarəetməni itirərək dərəyə yuvarlanıb.
Qəzanın səbəbləri araşdırılır. Ölənlərin sayının artacağı istisna olunmur.
Milli.Az