[ 12 Mart 2015 11:10 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Yaşar Rəsulov, Reyhan Hüseynova, Kəmalə Rüstəmova, Ceyran Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası isə martın 29-na təyin edilib.

Qeyd edək ki, həmin şəxslər faizlə pul vermək adı ilə Gülnarə Şükürova, Səkinə Sadıxova, Bahar Əliyeva və Elşad Babayevi aldadıblar.

Onlar Cinayət Məcəlləsinin 178.3.2 -ci ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilirlər.