"Bu şəhərdə" komandasının "İndi müğənnilərin hamısı yatır. Heç kim maraqlı nəsə etmir. Başları yoya qarışıb" kəlməsi səs-küy yaradıb.

Axşam.az-ın məlumatına görə, tanınmışlar "Xəzər maqazin"ə açıqlamasında komandanın aktyorları, əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərova cavab veriblər:

Xatirə İslam:

"Demək istəyirlər ki, şou-biznes olmasa, biz də olmarıq?".

Ayaz Qasımov:

"Maraqlı nəyə deyirsiniz, bilmirəm. Adı pozitivlik olan şit hərəkətlərə maraqlı deyirlər. İndi şitliyin adı pozitivlik olub".

Azad Şabanov:

"Obraz da var, hadisə də".

Sevda Yahyayeva:

"Şou-biznes çox maraqsızdır. Bir müğənni olaraq heç mənə maraqlı deyil".

Cin:

"Şou-biznesdə az tip var. Ona görə də onlar prodiya etmirlər".

Günay İbrahimli:

"Məni necə parodiya etsinlər? Dəli-dəli hərəkətlərim yoxdur. Mən buyam. Elza Seyidcahan maraqlıdır, onu da parodiya ediblər.

Zamiq Hüseynov:

"Heç vaxt kiminsə parodiyasına düşmək istəməzdim".

Elçin Cəfərov:

"Məni parodiya etmək çətin olar. Başqa tərəfdən maraqlı olmağa çalışmamışam".

Elton Hüseynəliyev:

"Mən maraqlı nə edə bilərəm? Ancaq oxuya bilərəm. Başqa bir şey göstərə bilmərəm".