ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “Agence France-Presse” (AFP) versiyasına görə, ilin adamı seçilib.
Publika.az xəbər verir ki, ilk üçlüyü Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tamamlayır.
Agentlin versiyasına görə, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, Birləşmiş Krallıq Müstəqillik Partiyasının (UKİP) lideri Naycel Faraj, Suriya prezidenti Bəşər Əsəd, ABŞ prezidenti Barak Obama, ədəbiyyat üzrə Nobel mükafatçısı Bob Dilan, Roma Papası Fransisk və ABŞ-ın birinci xanımı Mişel Obama ilk onluğu tamamlayır.
Reytinq siyahısı dünyanın müxtəlif ölkələrindəki bölmələrdə işləyən agentliyin 300 əməkdaşı arasında keçirilən sorğu əsasında təşkil edilib.
Ömər Dağlı